Azərbaycanın “tanınmış” hakimləri sırasında Rəşid Hüseynov da var. Rəşid Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb. 2008-ci ildən isə hakimlik fəaliyyəti ilə məşğul olub.
Rəşid Hüseynov 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. 2013-cü ildən Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Onu daha çox “İsmayıllı işi” məhkəmələrindən tanıyırıq. Həmin hadisəyə görə həbs olunanlara ağır cəzalar vermişdi. Anar Həsənov adlı şəxs barəsində 8 il həbs hökmü elan etmişdi və bu xəbəri eşidən nənəsi Tükəzban Həsənovanın ürəyi partlamışdı.
Keşmiş siyasi məhbus Tofiq Yaqublunun, İlqar Məmmədovun məhkəmə proseslərini də Rəşad Hüseynova həvalə etmişdilər. O da bütün sübutları rədd edərək, sifarişi icra etmişdi. Rəşid Hüseynov siyasi məhbuslara vəkillik edən Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət etmişdi. Həmin zaman Elçin Sadıqov siyasi məhbus Elçin İsmayıllının hüquqlarını müdafiə edirdi və vəsadətlərin təmin edilməməsinə etiraz etmişdi. Vəkil Xalid Bağırov bir məhkəmə prosesində demişdi ki, ədalətin olduğu yerdə Rəşid Hüseynov kimi adam hakim ola bilməz. Bu şəxsin adı insan haqlarını pozan şəxs kimi hüquq müdafiəçilərinin hesabatına daxil edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid İnqilab oğlu Hüseynov 2021- ci ilin aprel ayında öldü.