Azərbaycanda qaniçən, heç bir dəyər tanımayan şəxslərdən biri də 3 saylə CÇM-nin keçmiş rəisi Nizami Quliyevdi. Onu “Tubzon rəisi” kimi tanıyırlar. Bu yer vərəmli məhbusların müalicə müəssisəsi kimi nəzərdə tutulub. Amma Nizami Quliyevin burdakı əməllərini eşidəndə insanı vahimə bürüyür. Sanki filmdən, hansısa kitabdan söhbət gedir.
Əvvəla onu deyim ki, bu müəssisədə məhbuslar üçün pulsuz nəzərdə tutulan bütün xidmətlər pul qarşılığında verilir. Yəni, tələb olunan pulu ödəyib, saxta rəy də ala bilərsən. Amma ən dəhşətlisi Nizami Quliyevin işgəncə metodlarıdı. Məsələn, məhbusu dizləri üstə oturdub, kürəyinə dəyənəklə vurmaq, asflatda süründürmək, gözünə qaz vurmaq Nizami Quliyevin əsas işgəncə üsullarından olub. İnsanların bir neçəsini 1 yatağda yatızdırıb əl-qollarını bağlayıb, təbii ehtiyaclarını belə bir-birinin üstünə etdirirmiş. Şahidlər deyirlər ki, Nizami Quliyev “mənim 200 meyidim var” deyirmiş. Bir gün Nizami Quliyev məhbusu vəhşicəsinə döyürmüş. Məhbusun öləcəyini görən müəssisə əçəkdaşı müdaxilə etmək istəyib. Bu zaman Nizami Quliyev məhbusu buraxıb, həmin əməkdaşı döyməyə başlayıb.
Nizami Quliyev işçilərinə özü tapşırıbmış ki, mən məhbusu döyəndə əlimdən alın ki, öldürə bilərəm.Yəni, bu qədər psixi-əxlaqi problemləri olan adamı müəssisə rəisi təyin ediblər. “Tubzon” məhbuslarının bu yer haqqında ümumi qənaətləri belədir: “Allahın “tubzon”dan xəbəri yoxdur”. Nizami Quliyev onun haqqında yazı dərc edən qəzetləri məhkəməyə verib, təzminat da almışdı. Onu da qeyd edək ki, N.Quliyev məhkumların vərəm olmasında Musavat-AXC hakimiyyətini günahlandırıb: “Bu gün bizim müəssisədə vərəmli xəstələrin sayı 5 dəfə azalıb. Cəzaçəkmə müəssisələrindən həftədə 1 ya 2 məhkum gəlir. Vərərəmli xəstələrin ölüm statistikası 100 fazi azalıb. 1995-də 400 vərəmli məhbus ölmüşdüsə, ötən il 8 nəfər vərəmli məhbus Azərbaycan həbsxanalarında vəfat edib. Onlar da keçmiş SSRİ-dən qalma və Musavat-AXC hakimiyyətinin dövründə millət acından qırılan vaxt vərəm tutanlardır”. Yeri gəlmişkən, Nizami Quliyev bugünə qədər müxtəlif fəxri adlarla, orden və medallarla təltif edilib.