23 January 2025
Aktual Manşet

Vəhşi sorğu ustası

Vəzifəsindən süi-istifadə edən, qanunsuz fəaliyyətiylə tanınan şəxslərdən  biri də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə  İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevdi. Bu şəxsi daha çox siyasi xaraketrli işlərdəki canfəşanlığıyla tanıyırıq.

Jurnalist Xədicə İsmayılın  işi üzrə istintaqda iştirak edən Orxan Babayev vəkil Yalçın İmanovu israrla prosesdən uzaqlaşdırmış, siyasi sifarişlə məlum prosesdə “əmək” sərf eymişdi. 2018-ci ilin iyul ayında Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdindən və ardınca iki polis əməkdaşının öldürülməsindən sonra saxlanılan şəxslər polis və digər vəzifəli şəxslərin dindirmə zamanı yalan ifadə verməyə məcbur etmək üçün onlara işgəncə etdiklərini qeyd ediblər.  Verilən məlumatlara görə, işgəncələrə məhbusların ayaqaltlarına dəyənəklə vurmaq, onların bədənlərinə, bəzi hallarda cinsiyyət orqanlarına elektrik cərəyanı yeritmək və onların bədən üzvlərini alışqanlarla yandırmaq kimi hallar daxildir. Məhbusların ailə üzvlərinin və məhkəmə müşahidəçilərinin sözlərinə görə, Baş Prokurorluğun müstəntiqi Orxan Babayev başverən fiziki zorakılıqlarda şəxsən iştirak edib. AXCP üzvü, “terroru maliyyələşdirmə” ittihamıyla 13 il müddətinə həbs edilmiş Niyaməddin Əhmədova qarşı da bu “qəhrəman”ın təcrübəsindən istifadə edilib. Əhmədovun sözlərinə görə, onu seçim qarşısında qoyublar: ya Kərimlinin əleyhinə ifadəyə imza atıb, ona deyilən mətni video qarşısında səsləndirib evinə çıxıb gedir, yaxşı şərtlərlə yaşayışla təmin edilir, ya da 10 ildən 14 ilə qədər həbs nəzərdə tutulan maddə ilə ittiham irəli sürülür:  “Konspektdəkiləri kamera qarşısında danışmaq məsələlərini (müstəntiq və idarənin rəis müavini) Orxan Babayev deyirdi. Razılaşmadım. Öz əxlaqlarına uyğun sözlər danışıb dedilər ki, deyəsən, sən hələ də ağıllanmamısan. Müstəntiq Ramiq Babayevin otağına gətirdilər, orada 214-1 maddəsini göstərib dedi ki, cavanlığın məhv olacaq. Cavab verdim ki, eybi yox, ləyaqətsiz yaşamaqdansa, ləyaqətimi qoruyub həbsdə olmağı seçirəm”-deyə Niyaməddin Əhmədov bildirib.

Orxan Babayev digər siyasi proseslərdə də mənfi obrazda özünü göstərib. Amma bütün bunlara baxmayaraq, Orxan Babayev də “Dövlət qulluğunda fərqlənməyə görə” medalıyla təltif edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *