Hərbi prokuror Xanlar Vəliyevin ailə biznesi çox genişdir. Onun sərvətinə saysız mülklər, avtomdaxillər, obyektlər daxildir. Ən xırda obyekti olan “Qostinnıy dvor” kafesi Poltava şəhəri, Laqodnı küçəsi 4-də yerləşir. Oğlu Kiyevdə 9 mərtəbəli binası tikdirib. Digər qardaş Şahmar Vəliyevin də topdağıtmaz sərvəti var. Şahmar Vəliyev Rusiyanın Yesentuki şəhərində “Rusel” şirkəti yaradıb. Jazırda şirkətin yeganə təsisçisi Şahmar Vəliyevdir. “Rusel”in direktoru isə Olqa Kərimovadır. Şahmar Vəliyevin Rusiyada təsisçisi olduğu daha bir şirkət “Rusel Park” adlanır. Bu şirkəti 2021-ci ilin noyabr ayında Nataliya Orlyuk adlı şəxs təsis edib və sonra şirkətin təsisçisi Şahmar Vəliyev olub. Şahmar Vəliyev həm də “Azneftemash” zavodunun prezidentidir. Gəncənin sabiq icra başçısı olan qardaş Elmar Vəliyevin fəaliyyəti isə hamıya məlumdur. Kobud, insanların inancını ələ salan, insani dəyərlərdən uzaq olan Elmar Vəliyev ancaq pul toplamaqla məşğul olub. Övladları 2016-cı ilin noyabr-dekabr aylarında 3 şirkət yaradıblar. Kübra, Lalə və Elmir Vəliyevlar İstanbuldakı “Vista İnşaat ve Dış Ticaret A.Ş.”, “Costa Turizm İnşaat ve Dış Ticaret A.Ş.” və “Expa Turizm İthalat İhracat ve İnşaat A.Ş.” şirkətlərinin 25/25/50 faiz pay nisbəti ilə payçılarıdır. Vəliyevlər bu şirkətlərə toplam 300 000 lirə yatırıblar. E. Vəliyevin övladlarının şirkətlərinin üçünün də əsas fəaliyyət sahəsi mehmanxana biznesidir. Bu şirkətlərin üçünə də Elmir Vəliyev başçılıq edir. Hər üç şirkət Bayrampaşadakı Yenidoğan məhəlləsinin Demirqapı prospekti, Rifatağa Çarşısı, ev 32, 2-ci mərtəbədə yerləşir. Türkiyə mənbələrinə görə, burada 2016-cı ilədək Suz-i Dilara Cafe fəaliyyət göstərib. Təsis sənədlərində Vəliyevlər yaşayış yeri kimi Bakının Nərimanov rayonundakı Murtuza Nağıyev, 19G nömrəli ev qeyd ediblər. Vəliyevlərin bir neçə tikinti şirkəti, Lalə tekstil fabriki, Göygöldə istirahət mərkəzləri var. Daşkəsəndə yerləşən “Filizsaflaşdırma” ASC-də Vəliyevlərə məxsusdur. Bundan əlavə Elmar Vəliyevin “Veqo” restoranı, Toğanada 3 mərtəbəli yay rezidensiyası, “Porche” markalı avtomobilləri var. Vəliyev qardaşlarının var-dövləti burada yazılanlardan daha çoxdur. Göründüyü kimi hərəsi öz sahəsində xalqa xidmət etmək əvəzinə, səlahiyyətlərdən süi-istifadə edərək ciblərinə xidmət ediblər.
Aktual
Manşet
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Vəliyev qardaşlarının “xidmət”i
- 15 April 2023
- 2 minutes read
- 2 years ago